"Gedişatı ABŞ-dəki seçkilər yox, BRİKS sammiti dəyişəcək" - Matviyenko

"Gedişatı ABŞ-dəki seçkilər yox, BRİKS sammiti dəyişəcək" - Matviyenko

"Tarixin gələcək gedişatını müəyyən edəcək əsas hadisə ABŞ-də keçiriləcək prezident seçkiləri yox, üç günlük BRİKS sammiti olacaq".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

 

"İnanıram ki, 2024-cü ildə insan inkişafının vektoru tərəddüdlü ABŞ-də deyil, Kazanda bərqərar olacaq”, - Matviyenko qeyd edib.

 

O, hesab edir ki, suveren dövlətlərin məsuliyyətli liderləri bunu başa düşür və sammitdə təmsilçilik səviyyəsi, üzvlük üçün müraciətlərin sayının getdikcə artması buna əyani sübutdur:

 

“Əminəm ki, Rusiyadan gələn xəbərlər bütün qitələrdə izləniləcək”

 

Qeyd edək ki, BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, Cənubi Afrika isə 2011-ci ildə ona qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. 2024-cü il yanvarın 1-dən Rusiya BRİKS-ə bir illik sədrlik edir. BRİKS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammiti Rusiyanın sədrliyi dövründə assosiasiyanın əsas tədbiri olacaq.

 

ABŞ-da prezident seçkiləri isə noyabrın 5-nə təyin edilib.


 
Firuzə Əliyeva

 

 

 


OXŞAR XƏBƏRLƏR