4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ
00:10 / 19.10.2024
4293
Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb.
Sfera.az xəbər verir ki, böyük miqdarda su və qəbul etdiyi dərmanların birləşməsi onun beş gün ərzində reanimasiya şöbəsinə yerləşdirilməsinə səbəb olub.
Həkimlər qadına bildiriblər ki, çox içmək onun qanında natrium səviyyəsinin 100 milliekvivalentə düşməsinə səbəb olub ki, bu da normal səviyyədə olan 135-dən xeyli aşağıdır. Nina 6 həftədir öskürək və soyuqdəymədən əziyyət çəkdiyini və həkimlərin dediklərinə əməl etməyə çalışdığını deyib:bol maye içmək məsləhətdir.
Xəstəxanadan çıxandan bəri Munro vərdişlərini dəyişib və indi yalnız susadıqda içir.
İnci