Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO

Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Sfera.az xəbər verir ki, Əroğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

 

“Dostumuz, qardaşımız: “iki dövlət, bir millət” şüarına malik olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi hisslərimlə təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, - paylaşımda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR