Zelenski NATO-nu Rusiya ilə münaqişəyə hazırlaşmağa çağırdı


Zelenski NATO-nu Rusiya ilə münaqişəyə hazırlaşmağa çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski NATO dövlətlərini Rusiya ilə münaqişədə iştirak etmək üçün briqadalar hazırlamağa və Ukrayna silahlı qüvvələrinin ehtiyatlarını artırmağa çağırıb.
 

Sfera.az Strana.ua-ya istinasən xəbər verir ki, bunu Ukrayna lideri Alyansın katibi Mark Rutte ilə birgə keçirdiyi brifinqdə deyib .
 

“Bütün ölkələrə mesajımız: briqadalar hazırlayın, onlar ehtiyatda ola bilər və yorğun olan oğlanlarımızı döyüş meydanında əvəz edə bilər”, - deyə Zelenski bildirib.
 

Prezident çıxışında Ukraynanın NATO-nun bir hissəsi ola bilməsi üçün bütün səylərini əsirgəməyəcəyinə əmin edib. O, Kiyevin bu alyansın 33-cü üzvü adına layiq olduğunu da vurğulayıb.
 

Bu gün “Washington Post” yazıb ki, NATO-ya üzv əsas ölkələrin Ukraynanın alyansa daxil olması ilə bağlı mövqeləri dəyişməyib və Amerikanın yeni administrasiyası prezident seçkilərindən dərhal sonra qərar qəbul etməyəcək.
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının münaqişədə iştirakını rəsmiləşdirməyə çalışır.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...