Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Kateqoriya məlum deyil
T

Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirərək ona””Rusqazdobycha” şirkəti, 18 neft tankeri və 4 qaz tankeri əlavə edib. 

 

Sfera.az xəbər verir ki, siyahının yenilənmiş variantı Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

 

Sanksiyaya məruz qalan gəmilər arasında “Moskovski Prospekti”, “Suvorovski Prospekti”, “Marşal Vasilevski”, “Velikiy Novqorod”, “NS Bora”, “Atlas”, “NS Arctic”, “Callisto”, “SCF Baykal”, “SCF Samotlor”, “Eastern Pearl”, “Kudos Star”, “Sea Fidelity” , “Stratos Aurora”, “Turbo Voyager”, “Azure Celeste”, “Varuna”, “Sai Baba”, “Artemis”, “Antaeus”, “Mulan” və “Everest Energy” var.

 

Siyahıdakı gəmilərin Böyük Britaniya limanlarına daxil olması və onlara texniki yardımın göstərilməsi də qadağandır. 

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR