"Münaqişəni genişləndirməyin!" - Əbdülfəttah əs-Sisi

Kateqoriya məlum deyil
T
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqdə mövcud münaqişəni genişləndirməməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Misir liderinin administrasiyasının Qahirədə İranın xarici işlər naziri Abbas Arakçı ilə apardığı danışıqların yekunlarına dair xüsusi bəyanatında deyilir.
“Əs-Sisi Misirin hazırkı münaqişəni genişləndirməməyə, regionun bütün ölkələrinin və xalqlarının təhlükəsizliyi və gələcəyi üçün ciddi nəticələrə səbəb olacaq hərtərəfli müharibəyə sürüklənməsinin qarşısını almağa çağıran mövqeyini bir daha təsdiqləyib”, - sənəddə qeyd edilir.
Firuzə Əliyeva






