Bu milyarderlər Trampa maliyyə yardımı edib - Siyahıda Mask da var

Bu milyarderlər Trampa maliyyə yardımı edib - Siyahıda Mask da var

Amerikalı milyarder, iş adamı İlon Mask Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa maliyyə yardımı edib.

 

Sfera.az bildirir ki, iş adamının Trampın prezidentlik kampaniyasını dəstəkləyən “America PAC” adlı yeni siyasi fəaliyyət komitəsinə üç ay ərzində təxminən 75 milyon dollar bağışladığı ortaya çıxıb.

 

Xarici mediada yayılan məlumatlara görə, əvvəllər demokratların namizədlərinə səs verdiyini deyən Mask bu seçkilərdə kəskin dönüş edərək Trampa açıq dəstəyini nümayiş etdirib. Digər tərəfdən, İlon Maskla yanaşı, bir sıra milyarderlərin də keçmiş prezidenti dəstəklədiyi bəlli olub.

 

Belə ki, respublikaçıların “meqa donoru” kimi göstərilən və 2021-ci ildə dünyasını dəyişən kazino maqnatı Şeldon Adelsonun israilli həyat yoldaşı Miriam Adelson Trampın kampaniya şirkətinə 95 milyon dollar, bankir Timoti Mellon isə 125 milyon dollar bağışlayıb.

 

Bu rəqəmlərə baxmayaraq, respublikaçı milyarderlərin ianələri Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası üçün toplanan məbləğdən çox olmayıb. Həmin dövrdə Harris üçün 633 milyon dollar toplandığı bildirilib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...