Mbappeyə qarşı zorlama iddiaları ilə bağlı TƏFƏRRÜATLAR

"Real Madrid"in hücumçusu Kilian Mbappenin vəkili Mari-Aliks Kanou-Bernard İsveçdə oyunçuya casusluq etmək üçün xüsusi kampaniyanın təşkil edildiyini, məqsədinin onun reputasiyasını korlamaq olduğunu bildirib.
Sfera.az xəbər verir ki, onun sözlərini RMC Sport sitat gətirib.
“Şikayət etmək bir şeydir, hadisələri mediada real vaxtda çatdırmaq başqa şeydir”,- o qeyd edib.
Oktyabrın 15-də Mbappenin Stokholmdakı oteldə törədilən zorlamada şübhəli bilindiyi bildirilib. Futbolçunun cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.
Futbolçu zədə səbəbindən Fransa millisininMillətlər Liqasında oktyabrdakı oyunlarını buraxıb. Fransanın İsraillə oyunu günü o, Stokholm klublarından birində fotosessiyaya çəkilib .
Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də çıxış edib.
Mbappe İspaniya çempionatında "Real"ın heyətində ilk qollarını "Betis"lə dördüncü tur matçında vurub. O, dubla imza atıb və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe "Qızıl top"a namizədlər siyahısına daxil edilib.
İnci