Dağın başında məktubu tapılan oğlanı bir daha görməyiblər
22 yaşlı Ostin Kinq iki həftə əvvəl Yellowstone Milli Parkında (ABŞ) Qartal zirvəsinə qalxdıqdan sonra itkin düşüb. Bu yaxınlarda bir dağın başında səyahətçinin son mesajı olan əlyazma qeydi tapılıb.
Sfera.az bildirir ki, itkin düşdüyü gün (sentyabrın 17-də) Ostin titrəyərək ailəsinə mesaj yazıb. O, izah edib ki, yanlış yola getdiyi üçün yolunu itirdiyini hiss edir. O, həmçinin dəniz səviyyəsindən 11,400 fut (demək olar ki, 3,5 min metr) yüksəklikdə pis hava şəraitindən şikayətlənib.
Təəssüf ki, xəbər onun atası Brayan Kinq-Henkenin telefonuna bir həftə sonra çatıb. Axtarış-xilasetmə işləri başladıqda, Qartal zirvəsində səyahətçinin yoxa çıxmazdan əvvəl son gününü necə keçirdiyinə aydınlıq gətirən qeyd tapılıb.
"Amansız dağ havasından barmaqlarımı və eynəyimin dumanlandığını hiss edə bilmirəm. Burada olduğuma həqiqətən də inana bilmirəm. Buraya çatmaq üçün çox vaxt keçdi - yağış, sulu qar, dolu, ən güclü külək və duman”- deyə gənc adam cızma-qarasında qeyd edib.
Həmin taleyüklü gündə gündəlik qeydini tamamlayan Ostin əlavə edib:
"Mənim 22 yaşım var və bu günü ömrümün sonuna qədər heç vaxt unutmayacağam."
Bildirilir ki, tək səyahətçi sentyabrın 14-ü şənbə günü səyahətə çıxıb. Aktiv axtarış-xilasetmə işləri sentyabrın 20-dən, o, qayıqda planlaşdırılan görüşə gəlməyincə başlayıb. O vaxtdan bəri atası oğlunu tapmaq üçün pul toplamaq üçün “GoFundMe” xeyriyyə platformasında səhifə yaradıb (indiyə qədər o, 10 000 dollardan çox pul yığa bilib).
Qeyd edək ki, Ostin yoxa çıxmazdan əvvəl əyləncə parkında işləyib. Onun səfərini başa vurub evinə Winona (Minnesota, ABŞ) qayıtmasına bir neçə gün qalmışdı.
Aysel