İsrail ABŞ-yə İranın nüvə obyektləri ilə bağlı niyyətlərini AÇIQLADI
ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən İranın nüvə obyektlərinə zərbə endirməyəcəyinə dair zəmanət alıb.
Sfera.az xəbər verir ki, bu barədə Associated Press (AP) Amerika rəsmilərinə istinadən məlumat yayıb.
İsrail ABŞ-yə Tehranın 1 oktyabr raket hücumuna cavab vermək niyyətini açıqlayıb. Eyni zamanda Təl-Əviv Ağ Evi əmin edib ki, İranın nüvə və neft obyektlərinə hücum planı yoxdur.
Bayden administrasiyası hesab edir ki, İsrailin niyyətləri müxtəlif şəraitdə dəyişə bilər. AP-nin həmsöhbətləri bildiriblər ki, “İsrailin keçmişdə verdiyi zəmanətləri yerinə yetirmək təcrübəsi qarışıqdır və çox vaxt İsrailin daxili siyasətini əks etdirir”.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Qəzza zolağında humanitar vəziyyətə görə İsrailə silah embarqosu tətbiq etməklə hədələyiblər. Qeyd olunur ki, Blinken və Ostin vəziyyəti düzəltmək üçün İsrailə bir ay vaxt verib.
İnci