İran Avropaya bütün uçuşları dayandırır

İran Avropaya bütün uçuşları dayandırır

İranın “Iran Air” aviaşirkəti Avropa istiqamətində bütün uçuşları dayandırır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani açıqlayıb. 

 

Bu barədə qərar Avropa İttifaqının sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı verilib. “Iran Air” isə ölkənin Avropaya reyslər həyata keçirən yeganə şirkətidir:

 

“Ölkəmizdə Avropaya uçuşlar həyata keçirən yeganə aviaşirkət “Iran Air” idi. Avropa İttifaqının yeni sanksiyalarını nəzərə alaraq, İranın heç bir təyyarəsi Avropaya uçmayacaq”.

 

Xatırladaq ki, oktyabrın 14-də Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də olub. Aİ həmin şirkətlərin Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

 


OXŞAR XƏBƏRLƏR

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi ...