Keçmiş hokkeyçi evində qətlə yetirildi
Dünya
12:02 / 15.10.2024
2842
Finlandiyalı keçmiş hokkeyçi Yanne Puhakka güllələnərək qətlə yetirilib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 29 yaşlı veteran oyunçunun Espoo şəhərində yerləşən evində baş verib.
Polis qətldə Rolf Nordmo adlı baytarı şübhəli bilir. İlkin versiyaya görə, insidentə tərəflər arasında yaranmış mübahisə səbəb olub. Nəticədə Nordmo tapançanı götürərək atəş açıb. Puhakka hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Yanne Puhakka peşəkar idmançı karyerasını 2018-ci ildə başa vurub. O, ölkəsində müxtəlif komandaların formasını geyinib.