15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO
Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.
Sfera.az xəbər verir ki, bu barədə yerli Portugal Resident nəşri yazıb.
Aydın olub ki, 42 yaşlı səyyahın həyat yoldaşı onun itkin düşdüyünü şənbə günü, oktyabrın 12-də axşam saatlarında, artıq havanın qaraldığı vaxt bildirib. Belə ki, qadının əri Seyxal çimərliyində çimdikdən sonra geri qayıtmayıb. Yerli hakimiyyət orqanları hərbçilərin və yanğınsöndürənlərin köməyi ilə axtarışlara başlayıb.
Əməliyyat əlverişsiz hava şəraiti ilə çətinləşib - dənizdəki dalğaların hündürlüyü bəzi yerlərdə üç metrə çatıb. Hərbi pilotsuz təyyarə həmin şəxsin yerini müəyyən etməyə müvəffəq olub, infraqırmızı kamera vasitəsilə onun şəxsiyyətini müəyyənləşdirib və koordinatları xilasedicilərə ötürüb. Nəticədə turist helikopterlə qayadan çıxarılaraq xəstəxanaya çatdırılıb. Mənbənin sözlərinə görə, o, dənizdə 15 saat qalıb.
İnci