Zelenski: Bu ölkəRusiya-Ukrayna müharibəsində iştirak edir
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiya-Ukrayna münaqişəsinə faktiki daxil olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Bu bəyanat Ukrayna Ali Baş Komandanlığının Qərargahının iclasından sonra verilib. Zelenskinin sözlərinə görə, onlar KXDR-in faktiki olaraq münaqişəyə daxil edilməsini və Rusiyanın “təəssüf ki, münaqişənin uzanmasına sərmayə qoyan bəzi digər ölkələrlə” münasibətlərini müzakirə ediblər.
Oktyabrın 12-də KXDR çoxqütblü dünya yaratmaq uğrunda mübarizədə Rusiyanın qalib gələcəyini elan edib. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Çoi Sonq Xi Pxenyanın mövqeyinin “ Rusiya Federasiyası ilə bütün sahələrdə həmrəy olmaq” olduğunu vurğulayıb və KXDR ilə Rusiya Federasiyası arasında münasibətlərin “yeni bir rifah dövrü” yaşadığına diqqət çəkib.
Sentyabrın 14-də KXDR Dövlət Şurasının sədri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə iki dəfə görüşüb. Onlar “regional və beynəlxalq vəziyyətlə bağlı geniş spektrli məsələləri, o cümlədən KXDR və Rusiya arasında strateji dialoqun dərinləşdirilməsi yolu ilə qarşılıqlı təhlükəsizlik maraqlarını qorumaq üçün əməkdaşlığın gücləndirilməsini” müzakirə ediblər.
İnci