Mağarada tapılan 188 yaşlı zahidin sirri açıldı - FOTO


Mağarada tapılan 188 yaşlı zahidin sirri açıldı - FOTO

Bu yaxınlarda Hindistanda Banqaluru yaxınlığındakı mağaralarından birində tapılan və əvvəlcə 188 yaşlı olduğu deyilən zahidin tərcümeyi-halından bəzi faktları üzə çıxarmaq mümkün olub.
 

Sfera.az bildirir ki, adamın adının Siyaram baba olduğu və yaşının 109-dan çox olmadığı məlum olub. O, Mumbayda anadan olub. Yeddinci və ya səkkizinci sinfə qədər məktəbdə oxuyub, Hindu tanrısı Hanumanın sadiq davamçısıdır.


İki kişinin arıq qocanın yerindən tərpənməsinə kömək etdiyi video ilk dəfə X şəbəkəsində göründükdə milyonlarla baxış toplamışdı. Videonun başlığında: “Mağarada tapılan bu hindistanlının 188 yaşı var”-deyilirdi.
 

Şərhlərdə insanlar kişinin yaşının qeyri-dəqiq göstərildiyini yazdıqdan sonra, bu, müəllifi səhvə görə üzr istəməyə vadar edib. "188 yazdığım üçün utanıram. Ümumiyyətlə 120-dən yuxarı olan hər variant gülməli olardı. Əgər təbii ki, ömürlük adrenalini yoxdursa…”-deyə o zarafat da edib.
 


Deyirlər ki, Siyaram baba övliya ilə görüşdükdən sonra evini tərk edərək tövbə etmək üçün Himalaya gedib. Zahid günlərini müqəddəs kitabları oxumaqla keçirib, dini ayinlərə güclü riayət edib, eyni zamanda sivilizasiyanın və geyimin faydalarından imtina edərək, özünü bir sarğı ilə örtüb.
 

Hal-hazırda bu sirli hind zahidi haqqında orijinal video “X” platformasında 34 milyondan çox baxış toplayıb.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı AÇIQLANDI

İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçir...