Tayvan Çini “qapalı sulara” sızmaqda ittiham etdi

Tayvan Çini “qapalı sulara” sızmaqda ittiham etdi

Tayvan Sahil Mühafizəsi dörd Çin dəniz polis gəmisini Matsu arxipelaqında “qapalı sulardan” keçməkdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.

 

Məlumata görə, gövdə nömrələri 14607, 14517, 14602 və 14509 olan dörd Çin dəniz polis gəmisi Nanqanq adasından 3,2 dəniz mili (təxminən 5,9 km) qərbdə və Dongyin adasından şimal-qərbə oxşar məsafədə qapalı sulardan cüt-cüt keçib. Onları bu sulardan çıxarmaq üçün dörd sahil mühafizə gəmisi göndərilib.

 

Departamentin hesabatında qeyd edildiyi kimi, 2024-cü ildə Çin dəniz polisinin gəmiləri ən azı 44 dəfə Tayvan hakimiyyəti tərəfindən naviqasiya üçün bağlanmış sulara daxil olub. Tayvanın nəzarətində olan Matsu arxipelaqı Tayvan boğazının şimal hissəsində yerləşir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR