"NATO-nun təlimi Ukraynada gərginliyi artırır" - Peskov

"NATO-nun təlimi Ukraynada gərginliyi artırır" - Peskov

"NATO-nun “Sabit günorta” nüvə təlimi Ukraynada gərginliyi artırır".

 

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

NATO daha əvvəl bəyan etmişdi ki, “Sabit Günorta” təliminə səkkiz hava bazasından əsgərlər və müxtəlif növ təyyarələr, o cümlədən nüvə başlıqları daşıya bilən döyüş təyyarələri cəlb olunacaq. Bununla belə, təyyarələrdə nüvə silahı quraşdırılmayacaq. Təşkilat əlavə edib ki, bu il təlimlərə əsasən Belçika və Hollandiya, həmçinin Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindəki hava məkanında uçuşlar daxildir.

 

Xatırladaq ki, ABŞ Soyuq Müharibə başa çatdıqdan sonra nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib. Birgə nüvə missiyaları proqramına NATO-nun beş qeyri-nüvə müttəfiqi, Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyə daxildir. Yuxarıda qeyd olunan beş ölkə və üç nüvə dövlətindən (ABŞ, Böyük Britaniya və Fransa) başqa NATO-nun digər üzvləri də təlimlərdə iştirak edərkən dəstək tapşırıqlarını yerinə yetirirlər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR