"Bu təlimlər düşmənə aydın mesaj verir" - NATO Baş katibi

"Bu təlimlər düşmənə aydın mesaj verir" - NATO Baş katibi
Kateqoriya məlum deyil
T

NATO-nun illik nüvə təlimi bu gün başlayır.

 

Sfera.az bildirir ki, təlimlər iki həftə davam edəcək.

 

Məlumata görə, təlimə 60-dan çox təyyarə qatılacaq. Qərbi Avropa üzərində uçuşların həyata keçiriləcəyi təlim çərçivəsində ABŞ-nin nüvə raketləri daşıya bilən döyüş təyyarələri də iştirak edəcək.

 

NATO-nun Baş katibi Mark Rutte bununla bağlı fikirlərini bölüşüb. “Alyans bütün müttəfiqlərini qoruyacaq və müdafiə edəcək. Düşünürəm ki, bu təlimlər hər bir düşmənə aydın mesaj verir”.

 

Xatırladaq ki, NATO-nun nüvə təlimi hər il oktyabr ayında keçirilir. Bu ilki təlimə Belçika, Hollandiya Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindən hava məkanında uçuşlar daxildir.

 

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR