Türkiyədə hava limanına ildırım düşdü: yaralanan var

Türkiyədə hava limanına ildırım düşdü: yaralanan var

Türkiyənin Rizə-Artvin hava limanına ildırım düşüb.

 

Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Rizə-Artvin-İstanbul reysi havaya qalxmazdan əvvəl hava limanına ildırım düşüb. İldırım vurması nəticəsində təyyarənin göyərtə operatoru huşunu itirərək yıxılıb", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, davam edən ildırım çaxmaları səbəbindən hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.

 

Zərərçəkmiş xəstəxanaya yerləş

dirilib.


OXŞAR XƏBƏRLƏR