"Dünyanın ən gözəl işi"ni tapdı - FOTO


"Dünyanın ən gözəl işi"ni tapdı - FOTO

Britaniya Antarktika İrs Fondu "dünyanın ən gözəl işi" üzrə elan etdiyi vakansiya üzrə işçi tapıb. Bu, Antarktidada yerləşən ən cənub poçt şöbəsinin rəhbəri olacaq.
 

Sfera.az bildirir ki, Corc Klark tezliklə başlayacağı vəzifəsindən danışıb. Əvvəllər musiqi festivalları təşkil edən 34 yaşlı Corc Klark heç vaxt poçt şöbəsi işlətməyib və yaxud pinqvinləri saymayıb. Lakin bu və digər konkret tapşırıqlar tezliklə onun gündəlik həyatının bir hissəsinə çevriləcək.
 

Beş nəfərdən ibarət komanda qitədəki tarixi Britaniya bazalarının qorunmasına həsr olunmuş “Antarctic Heritage” xeyriyyə təşkilatı tərəfindən işə götürülüb. Gələn ay bütün qrup Antarktika yarımadasının yaxınlığında yerləşən Qudye adasındakı keçmiş tədqiqat stansiyasına gedəcək. Onlar orada altı ay yaşayacaq, təmir işləri aparacaq, vəhşi təbiəti müşahidə edəcək və kruiz gəmisinin ziyarətçilərini qarşılayacaqlar.
 

Bristoldan olan Klark bu ilin əvvəlində öz namizədliyini irəli sürmüşdü.


“Bunun yeni bir şey olacağını düşündüm, mən də nə vaxtsa bir balina görməyə ümid edirəm”.

Onun sözlərinə görə, belə bir uzaq yerdə poçt şöbəsinə sahib olmaq ideyası çılğınlıq kimi görünsə də, bu onun üçün zövqdür.

İrs yerlərini qorumaqla yanaşı, “Antarctic Heritage” xeyriyyə təşkilatı insanları qitəni fərqli görməyə ruhlandırmaq və bu heyrətamiz yeri gələcək nəsillər üçün qoruyub saxlamaq məqsədi daşıyır.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Quyruqlu ulduz bu tarixdə səmada görünəcək - 80 min illik dövriyyə...

Yeni kəşf edilən C/2023 A3 Tsuchinshan-ATLAS kometi şənbə günü Yerə yaxınlaşacaq.   Sfera.az xəbər verir ki, NASA-nın bildirdiyi kimi, kometa göydə ası...

Türk serialında Xarıbülbül simvolu - VİDEO

Türkiyənin reytinqli "Bahar" serialının son iki bölümündəki Azərbaycanla bağlı detal diqqət çəkib.   Sfera.az bildirir ki, ekran işində mək...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı cinsi təcavüz iddiaları qaldırılıb

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı çoxlu sayda cinsi təcavüz iddiaları irəli sürülüb ki, bu da həmin təşkilat daxilində ciddi etik problemin olduğunu gös...

"Dünyanın ən gözəl işi"ni tapdı - FOTO

Britaniya Antarktika İrs Fondu "dünyanın ən gözəl işi" üzrə elan etdiyi vakansiya üzrə işçi tapıb. Bu, Antarktidada yerləşən ən cənub poçt şöbəsinin r...

“Milton” qasırğası yenidən ABŞ-ı cənginə alıb: “Disneylend”i su basdı + FOTO

Florida ştatındakı “Disneylend” Milton qasırğası səbəbindən su altında qalıb. Dünyanın ən böyük və ən çox ziyarət edilən əyləncə mərkəzi “Walt...

Castin Biber Puff Daddinin həbsinə münasibət bildirdi

Sentyabrın 16-da həbs edilən Puff Daddi ilə bağlı qalmaqal böyüməkdə davam edir. Bütün bu müddət ərzində reperin yaxın dostu və qurbanı adlandırılan 30 yaşlı Ca...