Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi


Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.

 

Sfera.az xəbər verir ki, oktyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarova və Konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

 

Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

 

Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

 

Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.


OXŞAR XƏBƏRLƏR

Quyruqlu ulduz bu tarixdə səmada görünəcək - 80 min illik dövriyyə...

Yeni kəşf edilən C/2023 A3 Tsuchinshan-ATLAS kometi şənbə günü Yerə yaxınlaşacaq.   Sfera.az xəbər verir ki, NASA-nın bildirdiyi kimi, kometa göydə ası...

Türk serialında Xarıbülbül simvolu - VİDEO

Türkiyənin reytinqli "Bahar" serialının son iki bölümündəki Azərbaycanla bağlı detal diqqət çəkib.   Sfera.az bildirir ki, ekran işində mək...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı cinsi təcavüz iddiaları qaldırılıb

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı çoxlu sayda cinsi təcavüz iddiaları irəli sürülüb ki, bu da həmin təşkilat daxilində ciddi etik problemin olduğunu gös...

"Dünyanın ən gözəl işi"ni tapdı - FOTO

Britaniya Antarktika İrs Fondu "dünyanın ən gözəl işi" üzrə elan etdiyi vakansiya üzrə işçi tapıb. Bu, Antarktidada yerləşən ən cənub poçt şöbəsinin r...

“Milton” qasırğası yenidən ABŞ-ı cənginə alıb: “Disneylend”i su basdı + FOTO

Florida ştatındakı “Disneylend” Milton qasırğası səbəbindən su altında qalıb. Dünyanın ən böyük və ən çox ziyarət edilən əyləncə mərkəzi “Walt...

Castin Biber Puff Daddinin həbsinə münasibət bildirdi

Sentyabrın 16-da həbs edilən Puff Daddi ilə bağlı qalmaqal böyüməkdə davam edir. Bütün bu müddət ərzində reperin yaxın dostu və qurbanı adlandırılan 30 yaşlı Ca...