Yer kürəsində maqnit qasırğası güclənir
Yer kürəsini vuran maqnit qasırğası G4 sinfinə qədər güclənib.
Sfera.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.
Geomaqnit sahəsində pozuntular Bakı vaxtı ilə təxminən 21:50-də çox güclü maqnit qasırğası səviyyəsinə çatıb.
Hazırda müxtəlif yerlərdə müşahidə oluna bilən şimal işıqlarının səbəbi maqnit qasırğası olub.
Bundan əvvəl Yer Günəşdə güclü alışmadan sonra plazma tullantıları ilə yüklənmişdi və nəticədə G3 sinfinə aid maqnit qasırğası yaranmışdı. Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçovun sözlərinə görə, hazırda Yer kürəsinin yaxınlığında günəş küləyinin sürəti saniyədə təxminən 700-800 kilometr təşkil edir ki, bu da iki dəfədən çoxdur. Yer növbəti iki gün ərzində günəş plazması buludunda olacaq.
İnci
Sfera.az