31 yaşlı futbolçusu Corc Baldok evinin hovuzunda ölü tapıldı

31 yaşlı futbolçusu Corc Baldok evinin hovuzunda ölü tapıldı

"Panatinaikos"un bu mövsüm transfer etdiyi Corc Baldok evinin hovuzunda ölü tapılıb. 31 yaşlı futbolçu Yunanıstan millisinin də formasını geyinib.
 

Sfera.az bildirir ki, yerli mətbuatda yayılan məlumata görə, Baldokun İngiltərədə yaşayan həyat yoldaşı onunla əlaqə yarada bilməyəndə narahat olub. Ortaq dostlarından onu Glifadadakı evində yoxlamalarını xahiş edib.
 

Həmin an dostu ağır mənzərə ilə qarşılaşıb və Baldokun cansız bədəni yaşadığı evin hovuzunda tapılıb.


Oktyabrın 6-da "Panatinaikos"un "Olimpiakos"u qəbul etdiyi derbidə çıxış edən Baldok Bakasetas, Arao və Tete kimi adlarla da meydanda çıxış edib və matçın 75-ci dəqiqəsində oyundan kənarlaşdırılıb.


Britaniya əsilli Baldokun ölümü bütün dünyada böyük sürprizlə qarşılansa da, ölüm səbəbi ilə bağlı hələlik dəqiq bir açıqlama verilməyib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR