Nazir: "Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir"

Nazir: "Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir"
Kateqoriya məlum deyil
T

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

 

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

 

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

 

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR