"İran 24 saat ərzində İsrailə hücum edə bilər" - Blinken

"İran 24 saat ərzində İsrailə hücum edə bilər" - Blinken

ABŞ-nin Dövlət katibi Antoni Blinken İran və "Hizbullah" hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edəcəyini bəyan edib.

 

Sfera.az "Axios" nəşrinə istinadən xəbər verir ki, A.Blinken bunu Böyük Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinə deyib. Birləşmiş Ştatlar rəsmisi hücumun gücünü minimuma endirmək üçün G7 ölkələrini İran və "Hizbullah"a diplomatik təzyiq göstərməyə çağırıb.

 

Blinken ABŞ-nin İran və "Hizbullah"ın hər ikisinin qisas alacağına inandığını vurğulayıb.

 

Qeyd edək ki, iyulun 31-də Fələstin HƏMAS hərəkatı Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Al Hadath telekanalı Haniyənin birbaşa raket zərbəsi nəticəsində öldürüldüyünü bildirib. HƏMAS-ın siyasi bürosunun rəis müavini Musa Əbu Mərzuk Haniyənin öldürülməsinin cavabsız qalmayacağına söz verib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...