Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb

Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb

"ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə 200-dən çox nüvə silahı əldə edib”.

 

Bunu ABŞ-ın Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi deyib.

 

O qeyd edib ki, keçmiş prezidentlər Barak Obama və Donald Tramp, eyni zamanda hazırkı dövlət başçısı Cozef Bayden administrasiyaları dövründə qoyulmuş investisiyalar nəticəsində Milli Nüvə Təhlükəsizliyi Administrasiyası keçən il Müdafiə Nazirliyinə 200-dən çox modernləşdirilmiş nüvə silahı çatdıra bilib:

 

"Bu, Soyuq müharibənin bitməsindən bəri ən böyük illik tədarükdür. 2023-cü ilin oktyabrında ABŞ B61 nüvə bombasının yeni modifikasiyasını elan etdi - B61-13. İlk B61-13 silahının 2026-cı maliyyə ilində istehsal olunacağını gözləyirik. Strateji sabitliklə bağlı proqramlar üçün büdcə tələbi təxminən 25 milyard dollar olacaq ki, bunun da 21 milyard dolları nüvə silahları üçün nəzərdə tutulub”.

 

///report


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...