AK rusiyalılara viza verilməsi ilə əlaqədar Macarıstandan izahat TƏLƏB ETDİ
Avropa Komissiyası (AK) Macarıstandan rusiyalıların və belarusluların sadələşdirilmiş uzunmüddətli vizaların alınması proqramına daxil edilməsi məsələsinə rəsmi qaydada aydınlıq gətirməsini tələb edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yuhansson “X” sosial şəbəkəsində bildirib.
“Mən Macarıstan hökumətinə məktub yazaraq izahat tələb etmişəm. Onların rahat giriş sxemi təhlükə yaradarsa, biz tədbir görəcəyik”, - o yazıb.
Eyni zamanda o, Rusiyaya “təhlükəsizliyə təhdid kimi baxdığını” və Aİ ölkələrindən “potensial casuslar və təxribatçılar” adlandırdığı rusiyalıların səfəri zamanı son dərəcə sayıq olmasını tələb etdiyini bildirib.
Yuhansson Macarıstan daxili işlər nazirinə ünvanlanmış məktubun mətnini də dərc edib. Orada həmçinin vurğulanır ki, Aİ hələ 2022-ci ilin sentyabrında istisnasız olaraq bütün rusiyalılara qarşı sanksiyalar tətbiq edib, viza rejiminin sadələşdirilməsinə dair razılaşmaları ləğv edib və Aİ ölkələrinə rusiyalılara viza verilməsi və sərhədlərdə onların yoxlanması prosesini mümkün qədər sərtləşdirməyi tövsiyə edib.