Türkiyədən ABŞ və Rusiya arasındakı məhbus mübadiləsinə RƏSMİ REAKSİYA

Türkiyədən ABŞ və Rusiya arasındakı məhbus mübadiləsinə RƏSMİ REAKSİYA

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə beynəlxalq müstəvidə sülh və sabitliyə töhfə verməyə davam edir.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin müdiri Fəxrəddin Altun avqustun 1-də Ankarada ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi ilə bağlı “X”də yazıb.

 

O bildirib ki, Türkiyə fərqli ölkələrlə müxtəlif formalarda münasibətləri təmin edə bilən ölkədir: “Ölkəmiz bu diplomatik imkanı fərqli ölkələrlə uğurlu əməkdaşlıq nəticəsində sülh və sabitlik üçün istifadə edir. Türkiyə dünən 7 fərqli ölkədən 26 məhbus mübadiləsini həyata keçirməklə son vaxtların ən genişmiqyaslı məhbus mübadiləsinin müəllifi oldu. Türkiyənin bu mövqeyi bölgədəki bütün problemlərin həlli üçün nümunə oldu”.

 

F.Altun qeyd edib ki, Türkiyə bu tarixi əməliyyata vasitəçi oldu, dialoq kanallarından istifadə etdi: “Ölkəmiz fərqli oyunçularla danışa bilən, inam qazanan müttəfiq olduğunu bir daha göstərdi. Türkiyə bütün beynəlxalq toqquşmalarda açıq dialoqları davam etdirməyə qərarlıdır. Türkiyə bütün münaqişə tərəflərinə sərf edəcək platformalar hazırlamağa davam edəcək”.

 

Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub.

 

Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, ona təşəkkür edib.


OXŞAR XƏBƏRLƏR

Kiyev Gürcüstandakı müvəqqəti işlər vəkilini geri ÇAĞIRDI

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.   Sfera.az xəbər ve...

"Məsuliyyətə cəlb ediləcəksiniz" - Polisdən XƏBƏRDARLIQ!

Yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.    Bununla b...

Dünya bazarlarında neft yenidən BAHALAŞIR

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

İsrailin zərbələri nəticəsində Suriyada ölənlərin sayı 15 nəfərə çatdı

İsrail Silahlı Qüvvələrinin Suriyanın Masyaf şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə MÜRACİƏT ETDİ

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də öl...

Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurdu

  Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır. &nb...