Fransada güclü tufan bir sıra fəsadlara YOL AÇDI

Fransada güclü tufan bir sıra fəsadlara YOL AÇDI
Kateqoriya məlum deyil
T

Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.

 

Sfera.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.

 

KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR