Ermənistan Sərhəd Qoşunlarına yeni komandan TƏYİN OLUNDU

Kateqoriya məlum deyil
T
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarına komandan təyin edilib.
Sfera.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sərəncamı ilə bu vəzifəyə Edqar Unanyan gətirilib.
O bu təyinata qədər Sərhəd Qoşunları komandanının müavini vəzifəsini icra edib. Daha əvvəl isə Ermənistan-Gürcüstan sərhədində sərhəd nümayəndəsi olub.






