Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq ADLANDIRDI

Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq ADLANDIRDI
Kateqoriya məlum deyil
T

Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.

 

Sfera.az xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti bunu “Fox News”a açıqlamasında deyib.

 

Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən “Sonuncu şam yeməyi” tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tramp deyib: “Mənim dünya görüşüm genişdir, lakin onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır”.

 

Tramp həmçinin vurğulayıb ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında “Sonuncu şam yeməyi”nin parodiyalarına yer olmayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR