Ancelina Coli özünü öldürmək üçün killer tutub: Qatil ona nə məsləhət gördü?
Hollivud aktrisası Ancelina Coli əvvəllər intihar etməyi düşündüyü üçün bir dəfə öz qətlini planlaşdırıb. Bunun üçün bir qatil də tutub.
Sfera.az bildirir ki, məşhur ulduz ilk dəfə 2001-ci ildə 22 yaşında həyatının olduqca qaranlıq dövrünü yaşadığını, buna görə bir qatillə danışdığını açıqlayıb.
Ancelina yaşamaq istəmədiyini, amma intiharın ailəsini daha çox üzəcəyini bildiyini deyib. Buna görə də, o, özünü öldürəcək bir "quldurluq" təşkil etməyi düşünüb.
Coli etiraf edib: "Bu, axmaqlıq kimi səslənəcək, amma vaxt var idi ki, məni öldürmək üçün birini işə götürməyi düşünürdüm".
Ulduz əlavə edib ki, intihar etməkdənsə öldürülməyi üstün tutub, çünki bu, yaxınlarına onun ölümünü bir qədər asan qəbullanmasını asanlaşdıracaqdı.
2003-cü ildə “The Face” jurnalına verdiyi müsahibədə bu haqda danışan Ancelina Coli qatili axtardığını xatırladıb:
"Onları Nyu Yorkda tapmaq o qədər də çətin deyil. Nə qədər axmaqlıq kimi səslənsə də, məncə, bir çox insan cavan yaşlarında intihar haqqında düşünür”.
"Mənim də qərarım belə oldu ki, əgər başqası mənim həyatıma son qoysa - məsələn, "quldurluq" zamanı - bu, qətl də ola bilərdi”.
Ancaq qatil "kifayət qədər layiqli bir insan idi" və Ancelinaya bu barədə düşünüb iki aydan sonra ona yenidən zəng edə biləcəyini deyib. Bundan sonra aktrisa öz qətlini sifariş etmək fikrindən daşınıb.
Aysel
Sfera.az