İranda üzərində partlayıcı olan terrorçular saxlanıldı
İranda hüquq-mühafizə orqanları partlayıcı maddələr daşıyan 4 terrorçunu saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.
Şübhəlilərin saxlanılması ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində yerləşən Qəderabad kəndində baş verib. Saxlanılan yaraqlılar əsasən İranın cənub-şərqində Əfqanıstan və Pakistanla sərhəddə fəaliyyət göstərən Ceyş əz-Zolm terror qruplaşmasının üzvləridir.
Xatırladaq ki, iyulun 13-də İranın Kəşfiyyat Nazirliyi İslam Respublikasının kəşfiyyat xidmətlərinin Kirman şəhərində yanvar terror aktının təşkilatçısını saxladığını bildirib.
Həbs edilən şəxsdən əldə edilən kəşfiyyat məlumatları İrana bir neçə başqa terror planının qarşısını almağa kömək edib. Həmçinin terrorda şübhəli bilinən digər şəxsləri və onların sığınacaqlarını müəyyən etmək mümkün olub.
Bundan əlavə, Kəşfiyyat Nazirliyinin terrorla mübarizə şöbəsi çoxsaylı əsas terror hüceyrələrini müəyyən edib.
İnci
sfera.az