Ağstafa çayı yenə daşdı, ermənilər köçürüldü

Ağstafa çayı yenə daşdı, ermənilər köçürüldü
Kateqoriya məlum deyil
T

Ağstafa çayının daşması nəticəsində Ermənistanın Tavuş vilayətində 55 nəfər dağda çətin vəziyyətdə qalıb.

 

Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

 

Məlumata görə, bazar günü saat 12:37-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasedicilərinə çayın daşması nəticəsində insanların Haştərək kəndi yaxınlığındakı düşərgədə qalması barədə siqnal daxil olub.

 

"Hadisə yerinə xilasedicilər və əməliyyat qrupu göndərilib. Xilasedicilər 46-sı azyaşlı olmaqla 55 nəfəri təxliyə ediblər", - məlumatda qeyd olunub.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR