Logo

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.

Sfera.az xəbər verir ki, hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.

Belə ki, yanğın Bakı şəhər sakini Hacıyev Etibar Nəcməddin oğluna məxsus ümumi sahəsi 90 m² mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR