İstanbulda PKK-ya qarşı əməliyyat: Saxlanılanlar var

Kateqoriya məlum deyil
T
Türkiyənin İstanbul şəhərində terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İstanbul Təhlükəsizlik Baş İdarəsinin terrorla mübarizə və kəşfiyyat şöbələri tərəfindən şəhərin yeddi rayonunda keçirilən əməliyyat zamanı PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.






