Selin Dion Parisdəki çıxışına görə nə qədər qonorar alacaq?

Selin Dion Parisdəki çıxışına görə nə qədər qonorar alacaq?

56 yaşlı kanadalı müğənni Selin Dion 26 iyul 2024-cü il, cümə günü Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək.


Sfera.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən sənətçinin Parisdəki çıxışına görə 2 milyon dollar alacağı bildirilir. Selin yalnız bir mahnı təqdim edəcək, lakin bunun hansı mahnı olacağı hələlik məlum deyil.
 

Xatırladaq ki, ötən gün Dion Fransanın paytaxtında oteldə qeydiyyatdan keçərkən görüntülənib. Mənbələr onun çox gözlənilən 2024-cü il Olimpiadasında mahnı oxuyacağını təsdiqləyiblər.
 

Dionun səhnəyə çıxması onun uzun illərdən sonra ilk ictimaiyyət qarşısında çıxışı olacaq. O, sərt əzələ sindromu ilə mübarizə aparır.


2021-ci ildə kanadalı müğənni əzələ spazmları səbəbindən Las-Veqasda çıxışını da dayandırmışdı.
 

2022-ci ilin dekabr ayında Selin ona daimi ağrı və sərtliyə səbəb olan nadir nevroloji xəstəlik olan sərt əzələ sindromu diaqnozu qoyulduğunu açıqlayıb.
 

 

Müğənni bu yaxınlarda çəkdiyi "Mənəm: Selin Dion" sənədli filmində bir neçə dəqiqəlik qıcolma keçirməsinin görüntüləri də daxil olmaqla, səhhətindəki çətinliklərdən danışıb.
 

Mənbələr həmçinin bildirib ki, Dion səhnəyə qayıdacaq. Ehtimal ki, bu müddət ərzində o, məhdud sayda şou da nümayiş etdirəcək.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR