Peskov: Kreml Ermənistanın bu addımlarına hörmətlə yanaşır

Peskov: Kreml Ermənistanın bu addımlarına hörmətlə yanaşır

"Rusiya rəhbərliyi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdlərinə hörmətlə yanaşır".

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

O deyib ki, Ermənistan Rusiya Federasiyası üçün müttəfiq və qardaş ölkədir.

"Moskva və İrəvanın həyata keçirmək niyyətində olduğu çoxlu planları var",- Peskov bildirib.


Eyni zamanda, Peskov aydınlaşdırıb ki, Ermənistan suveren ölkədir və özü qarşılıqlı fəaliyyət üçün prioritet sahələri seçir.


Bununla belə, Rusiya liderinin nümayəndəsi İrəvanın siyasi müdriklik nümayiş etdirəcəyinə və Kiyev rejiminin yolunu seçməyəcəyinə ümid etdiyini bildirib.


“Biz sadəcə istəməzdik ki, bu axtarışlar Kiyev rejiminin bir vaxtlar seçdiyi rejimdə aparılsın, yəni “ya-ya da” siyasi baxışa alternativin olmaması bizim görmək istədiyimiz şey deyil",- Peskov izah edib.


Xatırladaq ki, iyulun 22-də Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Aİ və Ermənistanın vizaların ləğvi ilə bağlı danışıqlara başladığını bildirmişdi. İrəvan, həmçinin Avropa Sülh Fondundan da 10 milyon avro məbləğində hərbi yardım ala bilər.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...