Parisdə Olimpiada zamanı terror aktı hazırlayan şəxs saxlanıldı


Parisdə Olimpiada zamanı terror aktı hazırlayan şəxs saxlanıldı

Bazar günü Parisdə 40 yaşlı rusiyalı saxlanılıb. O, Olimpiya Oyunları zamanı sabitliyi pozmaqda şübhəli bilinir.


Sfera.az bildirir ki, Rusiya vətəndaşına xarici dövlətin maraqları naminə “kəşfiyyat fəaliyyəti” ilə bağlı ittiham irəli sürülüb. Onun mənzilindən dəlillər tapılıb. Hazırda Rusiya Federasiyası vətəndaşı istintaq təcridxanasındadır.



Bildirilir ki, hüquq-mühafizə orqanları şübhəlinin mənzilində axtarış apararkən “sabitliyi pozma əməliyyatı”nın hazırlanmasına dair sübutlar tapıblar.



Qeyd olunur ki, saxlanılan şəxsə qarşı terrorla bağlı deyil, əks-kəşfiyyat maddəsi ilə istintaq açılıb. Bu ittihamla məhbusu 30 ilə qədər həbs cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR