KİV: "ABŞ və İraq koalisiya qoşunlarının respublika ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır"

KİV: "ABŞ və İraq koalisiya qoşunlarının respublika ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır"

ABŞ və İraq Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunlarının ölkə ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.

 

“İndi onlar (ABŞ və İraq) sazişin bağlanmasının son mərhələsindədirlər”, - Vaşinqtonda danışıqlarda iştirak edən İraq nümayəndə heyətinin üzvü Cavad əl-Bulani nəşrə bildirib.

 

Qəzetin İraq hökumətinə yaxın mənbələrinin məlumatına görə, Bağdad və Vaşinqton koalisiya missiyası çərçivəsində İraqda yerləşdirilmiş ABŞ qoşunlarının qismən çıxarılmasına başlamaq barədə razılığa gəlib. Beynəlxalq və ABŞ qüvvələrinin bir hissəsi yeni təhlükəsizlik sazişlərinə uyğun olaraq ölkə ərazisində qalacaq.


OXŞAR XƏBƏRLƏR