Nazir: "Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır"

Kateqoriya məlum deyil
T
Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “Anadolu” agentliyinin efirində deyib.
O bildirib ki, tarlaların yandırılması, siqaret kötüyünün açıq əraziyə atılması, meşəlik ərazilərdə manqalda bişirilən yeməklər meşə yanğınlarının əsas səbəblərindəndir.
Nazir vətəndaşları daha diqqətli olmağa çağırıb.






