Fəxrəddin Altun: "Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır"

Fəxrəddin Altun: "Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır"

Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Türkiyə kommunikasiya simpoziumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Türkiyə bu gün beynəlxalq aləmdə öz sözünü deyir, haqsızlığa qarşı susmur: "Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır. Bu mənada ciddi öhdəlik daşıyırıq. Bu işdə kommunikasiya vacib elementlərdəndir".

 

F.Altun bildirib ki, bu gün dünyada ədalətsizlik hökm sürür: "Bunun əsas səbəbi Qərb müstəmləkəçiliyidir. Türkiyə buna qarşı mübarizə aparır. Bütün sahələrdə haqsızlığa qarşı çıxır”.


OXŞAR XƏBƏRLƏR