Nepalda təyyarə qəzaya UĞRADI - YENİLƏNDİ - 3

Nepalda təyyarə qəzaya UĞRADI - YENİLƏNDİ - 3

Nepalın “Saurya Airlines” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 18 nəfər həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə "Himalayan Times” nəşrinə Tribhuvan beynəlxalq hava limanından məlumat verilib.

 

Qeyd olunub ki, təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub.

 

İlkin məlumata görə, qəza yerində 18 meyit tapılıb. Təyyarənin kapitanı təcili olaraq xəstəxanaya yerləşdirilib.

 

***

 

11:16

 

Nepalın “Saurya Airlines” aviaşirkətinə məxsus təyyarə Katmandudakı beynəlxalq hava limanında havaya qalxarkən alışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Nəticədə beş nəfər ölüb, pilot da daxil olmaqla 5 nəfər xilas edilib.

 

Təyyarədə ekipaj üzvləri ilə birlikdə ümumilikdə 19 nəfər olub.

 

***

 

10:58

 

Katmandu (Nepal) hava limanında qəzaya uğrayan təyyarədə “Saurya Airlines” aviaşirkətinin texniki heyəti olub.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli KİV-lər hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, təyyarədə sərnişinlər olmayıb.

 

 

***

 

10:40

 

Nepalın paytaxtı Katmanduda hava limanında təyyarə qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

“Kathmandu Press”in məlumatına görə, göyərtəsində 19 nəfərin olduğu təyyarə qəzası uçuş-enmə zolağından qalxarkən baş verib.

 

Təyyarə “Sourya Airlines” aviaşirkətinə məxsus olub.


OXŞAR XƏBƏRLƏR