“Adidas”ın Bella Hadid qalmaqalı: Şirkət üzr istədi - FOTOLAR


“Adidas”ın Bella Hadid qalmaqalı: Şirkət üzr istədi - FOTOLAR

“Adidas” Münhen Olimpiadası ilə bağlı reklamının Bella Hadid və çarxda çəkilən digər modellərə göstərdiyi mənfi təsirə görə üzr istəyib.
 

Sfera.az bildirir ki, məşhur brend müvafiq müraciəti öz “İnstaqram” səhifəsində paylaşıb.
 

Qeyd edək ki, Fələstin əsilli model Bella Hadid 1972-ci il Münhen Olimpiadasına həsr olunmuş yeni reklam kampaniyasında rol alıb. Daha sonra terrorçular İsrail nümayəndə heyətinin nümayəndələrini öldürüblər.
 

Brendin bəyanatında deyilir: “Bu yaxınlarda SL72 kampaniyamızla Münhen Olimpiadasında baş verən dəhşətli faciə ilə əlaqə davam edir”.


Adidas sözçüsü:
 

"Bu əlaqələr qəsdən verilməyib və biz bütün toplumlardan səbəb olduğumuz sıxıntıya görə üzr istəyirik" - bildirərək, "qəsdən səhv etmədiklərini" təkrarlayıb.
 

“Biz həmçinin tərəfdaşlarımızdan, Bella Hadid, A$AP Nast, Jules Kounde və başqalarından onlara göstərdiyimiz mənfi təsirə görə üzr istəyirik və reklamı yenidən nəzərdən keçiririk”- bəyanatda deyilir.


Qeyd edək ki, reklam çarxı ötən həftə nümayiş olunub. “SL72” idman ayaqqabılarını tanıtımı 1972-ci il Olimpiya Oyunlarından ilhamlanıb. Reklamda ötən il İsrail-Həmas müharibəsi zamanı fələstinlilərə fəal dəstək verən Bella Hadid 11 İsrail idmançısının və bir Alman polisinin fələstinlilər tərəfindən öldürüldüyü Münhen olimpiadasını canlandırıb. Reklam, bütün dünyada reaksiya ilə üzləşib.
 

Qalmaqal yarandıqdan sonra brend Bella ilə olan bütün şəkillərini sosial şəbəkələrindən silib və bağışlanmasını istəyib. Hətta Hadid “Adidas”ı məhkəməyə vermək qərarına gəlib. Onun sözlərinə görə, belə faciəvi hadisələri vurğulayan kampaniya ilə əmakdaşlığa başlamağa belə dəyməzdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR