Ağır xəstə olan Selin Dion Parisə gəldi

Ağır xəstə olan Selin Dion Parisə gəldi

56 yaşlı kanadalı müğənni Selin Dion 2024-cü il Olimpiya Oyunları ərəfəsində Parisdəki otellərdən birində görüntülənib.
 

Sfera.az bildirir ki, iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimində hansısa məşhurun ​​çıxış edəcəyi ilə bağlı xəbərlər yayılıb.


Yeni bir sənədli filmdə sağalmaz xəstəliyi ilə mübarizəsi haqqında səmimi danışan Selin Dion Fransa da insanları təbəssümlə salamlayıb.
 

Selin böyük ölçülü qara blazer və dəbli şalvar geyinib.
 

Müğənni görünüşünü bir cüt günəş eynəyi ilə tamamlayıb.


İfaçılığa qayıtmaq istəyini dilə gətirdikdən sonra internetdə Selin Dionun Olimpiya Oyunlarının açılış mərasimində mahnı oxuyacağı barədə şayiələr yayılmağa başlayıb.


Xəstəliyi şiddətli əzələ tutulmalarına səbəb olan məşhur, 4 illik fasilədən sonra payızda 70 dəqiqəlik çıxışa hazırlaşır.
 

Mənbələr müğənninin səhnəyə qayıdacağını və çox güman ki, 2024-cü ilin noyabrında Las Veqas Qran Prisi zamanı Resorts World Teatrında məhdud sayda şou nümayiş etdirəcəyini bildirir.
 

Xatırladaq ki, 2022-ci ilin dekabrında sənətçi ona olduqca nadir bir xəstəlik - sərt əzələ sindromu diaqnozu qoyulduğunu açıqlayıb. Bu xəstəlik zamanı gövdə və ətraf əzələləri növbə ilə spazm və sərtliyə məruz qalır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR