Qərbin müharibə üçün bu qədər vaxtı qalıb - Generaldan AÇIQLAMA


Qərbin müharibə üçün bu qədər vaxtı qalıb - Generaldan AÇIQLAMA

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Raley Uolker deyib ki, beynəlxalq gərginliyin artması fonunda Qərb ölkələri üç il ərzində müharibəyə hazırlaşmalıdır.
 

Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
 

General hesab edir ki, Britaniya və onun müttəfiqləri bu müddətdən sonra müharibənin qarşısını almağa və ya döyüşməyə hazır olmalıdırlar.
 

Uolker əlavə edib ki, bu, ÇXR-dən Tayvana qarşı artan təhlükə, eləcə də İranın nüvə inkişafı ilə bağlı baş verə bilər.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR