Bayden seçkidən çəkildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı


Bayden seçkidən çəkildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
 

Sfera.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.


"Prezident Bayden kampaniyasını dayandırdıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edir və Vaşinqtona qayıdır" , - bəyanatda deyilib.


Baydenin koronavirus testindən mənfi keçdiyi qeyd edilir. Kameralar onu ABŞ paytaxtına uçmaq üçün "Air Force One" təyyarəsinə minərkən çəkib.


Bundan əvvəl prezidentin müalicə alan həkimi Kevin O'Konnor Baydenin artıq koronavirus simptomlarından əziyyət çəkmədiyini söyləyib. O, Baydenin həyati göstəricilərinin, o cümlədən nəbz oksimetriyasının nəticələrinin normal qaldığını bildirib.
 

Xatırladaq ki, iyulun 21-də Co Bayden prezidentlik yarışından çəkildiyini açıqlayıb. O qeyd edib ki , hazırkı səlahiyyət müddətinin sonuna kimi diqqətini dövlət başçısı kimi üzərinə düşən vəzifələrin icrasına yönəltsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.

 

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR