Hindistanda döyüş gəmisi yanıb: “Brahmaputra” freqatına nə olub?


Hindistanda döyüş gəmisi yanıb: “Brahmaputra” freqatına nə olub?

Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “F31 Brahmaputra” hərbi gəmisinin göyərtəsində yanğın baş verib.


Sfera.az xəbər verir ki, yanğın gəmiyə ciddi ziyan vurub. Həmçinin yanğın nəticəsində bir dənizçi itkin düşüb. Gəmi ağır şəkildə bir tərəfə doğru əyilib.


KİV (Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin məlumatlarına istinadən) yanğının nəzarət altına alındığını, lakin bütün səylərə baxmayaraq, gəmini şaquli vəziyyətə gətirmək mümkün olmadığını bildirir. Yayımlanan görüntülərə görə, Hindistan freqatı qismən batıb.


İnsident ötən gün axşam saatlarında INS Brahmaputra Mumbay Hərbi Dəniz Qüvvələrində təmir limanında olarkən baş verib. Hindistan hərbçiləri həmçinin bildiriblər ki, axtarışları davam edən bir dənizçi istisna olmaqla, gəminin bütün şəxsi heyəti təhlükəsiz şəkildə təxliyə edilib.


Hazırda gəminin ekipajı Hərbi Dəniz Qüvvələrinin yanğınsöndürənlərinin köməyi ilə yanğının qarşısı ala bilib. İstintaq çərçivəsində Hindistan freqatında baş verən yanğının səbəbləri hələ də məlum deyil. Yanğının baş vermə, həmçinin dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.


F31 Brahmaputra freqatı Hindistan Layihəsi “16A”nın üç gəmisinə rəhbərlik edir. Gəmi Kolkatadakı gəmiqayırma zavodunda tikilib və 2000-ci ilin aprelində Hindistan Hərbi Dəniz Qüvvələrinin bir hissəsi olub.

 

Qeyd edək ki, oxşar hadisə 2016-cı ildə baş vermişdi. Mumbayda eyni yerdə, “F31 Brahmaputra” ilə eyni layihə (16A) olan “F39 Betwa” freqatı quru dokdan çıxarılarkən göyərtəsində çevrilib. Həmçinin, təkcə 2010-cu ildən bəri Hindistan donanmasında ən azı 20 yanğın hadisəsi, o cümlədən ölüm halları qeydə alınıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR