ABŞ-da çaxnaşma: Kapitoliyada bayraq yarıya endirildi - FOTO


ABŞ-da çaxnaşma: Kapitoliyada bayraq yarıya endirildi - FOTO

ABŞ-ın Vaşinqton şəhərində Kapitolinin üzərində dövlət bayraqları endirilib.


Sfera.az xəbər verir ki, bu hadisə Co Baydenin seçki yarışından geri çəkilməsi ilə üst-üstə düşdüyündən, İnternetdə hazırkı prezidentin ölməsi barədə şayiələr yayılmağa başlayıb. Üstəlik, əvvəllər 81 yaşlı Baydenin COVID-19 olduğu bildirilmişdi.


Daha sonra iddia edilib ki, konqres üzvünün ölümü ilə əlaqədar bayraqlar endirilib.
 

Mənbələrdən birinə görə, iyulun 19-da vəfat edən Texas senatoru Şeyla Cekson Linin xatirəsi yad edilib. Bununla belə, bəzi KİV-lər başqa məlumatlar yaymaqda davam edirlər.
 

“ABŞ Konqresinin mərhum üzvü, Texas ştatının nümayəndəsi Ronald Hennisin xatirəsinə indi ABŞ Kapitolunun üzərində bayraq yarıya qədər endirilib”– deyə bəzi Amerika saytları yazır.



Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden Hennisin dövlətə xidmətinin şərəfinə bütün federal binalarda bayraqların endirilməsini əmr edib. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur. Co Baydenin özü, koronavirus diaqnozu qoyulduqdan sonra Delaverdəki iqamətgahında təcrid olunub.
 

ABŞ-ın hazırkı prezidentinin vəfat etməsi ilə bağlı şayiələri yayanlardan biri də “Pershing Square Capital Management”in milyarder baş direktoru və Donald Trampın fanatı Bill Akmandır. Bill, Baydenin bazar günü gecə imzaladığı məktubun və onun Kamala Harrisə çağırışının kifayət qədər sübut olmadığını iddia edib.


Xatırladaq ki, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından çıxdığını elan etdikdən sonra Kamala Harrisi ABŞ prezidentliyinə namizəd kimi dəstəkləmişdi. Harris kampaniyası prezidentlik üçün 24 saatlıq ianələr üzrə yeni rekord qoyub. Vitse-prezident 24 saat ərzində 80 milyon dollardan çox vəsait toplayıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR