Estoniyada yeni hökumətin üzvləri and İÇDİLƏR

Estoniyada yeni hökumətin üzvləri and İÇDİLƏR

Kristen Mixalın (İslahatlar Partiyası) başçılıq etdiyi yeni Estoniya hökumətinin üzvləri parlamentin iclasında and içiblər.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya dövlət televiziya və radiosunun portalı ERR məlumat yayıb.

 

Məlumata görə, hökumət Estoniya Sosial Demokrat Partiyası, İslahatlar Partiyası və “Eesti 200”ün daxil olduğu hakim koalisiya tərəfindən formalaşdırılıb.

 

Estoniya Prezidenti iyulun 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.


OXŞAR XƏBƏRLƏR